Luis Enrikenin İspaniya yığmasına qayıdışı RƏSMİLƏŞDİ

 16:33 19.11.2019     395

İspaniya milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Redaktor.az-ın məlumatına görə, Luis Enrike yığmanın baş məşqçisi təyin olunub.

Bunu İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales təsdiqləyib. L.Enrike bu ilin sentyabrında dünyasını dəyişən qızının sağlamlığında yaranan problemə görə millinin baş məşqçisi vəzifəsindən ayrılıb. 49 yaşlı mütəxəssisi postuna qayıdaraq Robert Morenonu əvəz edib.

Qeyd edək ki, İspaniya yığması ötən aydan Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən