Azərbaycan millisi üçüncü matçda da uduzaraq, qrup sonuncusu olub

 18:04 19.11.2019     327

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində IX qrupun oyunlarına yekun vurulub.

Redaktor.az-ın məlumatına görə, matçları Yunanıstanda keçirilən qrupda mübarizə aparan Azərbaycan milli komandası III turda Qazaxıstanla qarşılaşıb.

İlk iki turda meydan sahiblərinə 1:6, Almaniyaya 0:2 hesabı ilə uduzan Vüqar Məmmədin baş məşqçisi olduğu komanda bu dəfə də məğlubiyyətə üzülüb. Elit-raund şansını qazaxlarla matça qədər itirən yığma hər hissədə bir top buraxaraq uduzub – 0:2. Yekunda 3 oyunda 3 məğlubiyyət alan milli qrupda sonuncu yeri tutub.

Qeyd edək ki, qrupun digər oyununda Almaniya ilə Yunanıstan üz-üzə gəlib. Meydan sahibləri Bundestimi 2:0 hesabı ilə məğlub edərək qrup birincisi olublar.
 
Avropa çempionatının seçmə mərhələsi
IX tur
16:00. Qazaxıstan – Azərbaycan – 2:0
Qollar: Küşkumbayev, 3, Raximjanov, 85
Baş hakim: Denis Şurman (Ukrayna)
Patra. “Pampeloponnisiako” stadionu

1

Yunanıstan

3

3

0

0

13-2

9

2

Almaniya

3

2

0

1

7-2

6

3

Qazaxıstan

3

1

0

2

3-10

3

4

Azərbaycan

3

0

0

3

1-10

0

Vumart və Güvən reklamı Vumart Güvən