Mourinyo “Tottenhem” klubunun baş məşqçisi TƏYİN OLUNDU

 11:07 20.11.2019     371

İngiltərənin “Tottenhem” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Joze Mourinyo London təmsilçinin yeni baş məşqçisi təyin olunub.

56 yaşlı mütəxəssislə 2022/23 mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, istefaya göndərilən Maurisio Poçettinonu əvəzləyib.

Qeyd edək ki, J.Mourinyonun son iş yeri 2018-ci ilin dekabrında ayrıldığı “Mançester Yunayted” olub.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən