Kriştiano Ronaldo evləndi

 04:18 21.11.2019     505

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigeslə münasibətlərini rəsmiləşdirib.

Redaktor.az "Moskovskiy  Komsomolets"-ə istinadən xəbər verir ki, bu barədə  İtaliyanın "Novella 2000" jurnalı məlumat yayıb.

Xəbərə görə, nikah mərasimi bir neçə gün əvvəl Mərakeşdə keçirilib və ictimaiyyət üçün qapalı olub. Nəşr ən yaxın nömrələrində  tədbirdən şəkil dərc edəcəyini açıqlayıb.Lakin hələlik bu məlumat təsdiqini tapmayıb.

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən