Türkiyə klubunun rusiyalı futbolçusu itib

 14:23 21.11.2019     356

Türkiyənin “Ankaragücü” klubunun futbolçusu Zaur Sadayev itib.

Redaktor.az-ın məlumatına görə, bunu paytaxt təmsilçisinin məşqçisi Muatafa Kaplan açıqlayıb.

O bildirib ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə istirahətə buraxılan 30 yaşlı hücumçu geri dönməyib: “Biz onunla əlaqə saxlaya bilmirik. 7-8 gün keçsə də, hələ də gəlməyib. Biz onu tapa bilmədiyimizdən azarkeşlərə izah verməyi zəruri saydıq”.

Qeyd edək ki, 2019-cu ilin fevralında Ankara klubuna keçən Z.Sadayev əvvəllər vətənində “Axmat”, Polşada “Lex” və “Lexiya”da, İsraildə “Beytar”da oynayıb.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən