Ermənistan Futbol Federasiyasının prezidenti istefa verdi

 22:14 21.11.2019     394

Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vanezyan istefa verib.

Redaktor.az xəbər verir ki, o, yığma komandanın Avro-2020-nin seçmə mərhələsində İtaliyaya 1:9 hesablı məğlubiyyətinə görə vəzifəsindən gedib.

Vanezyan qərarını belə izah edib: “Kimsə bu məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürməli idi. İstefa verdim və İcraiyyə Komitəsi də bunu qəbul etdi”.

Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri, general-mayor olan Vanezyan federasiyaya 2018-ci ilin sentyabrından rəhbərik edirdi. /qol.az/

Vumart və Güvən reklamı Vumart Güvən