Boks üzrə Azərbaycan çempionatında 29 komanda iştirak edəcək

 14:46 22.11.2019     353

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək.

Redaktor.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 29 komandanın 109 boksçusu qatılacaq. 

Döyüşlər saat 15:00-da başlanacaq. Qaliblərin adına isə noyabrın 27-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən