AVRO-2020: Pley-offun püşkü atılıb

 15:23 22.11.2019     400

Bu gün AVRO-2020-nin pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Redaktor.az-ın məlumatına görə, öncə yığmaların pley-offda yolu və rəqibi bilinib.

İsrail A liqasına düşüb. Bu milli Şotlandiya ilə görüşəcək. Digər üç komanda – Macarıstan, Rumıniya və Bolqarıstan A yolunda mübarizə aparacaq. Bu yolda cütlərin tərkibi də dəqiqləşib.

Ardınca hansı cütlərin finalda ev sahibi olacağı müəyyənləşib. Pley-offun yarımfinalları gələn il martın 26-da, finallar 31-də keçiriləcək.

D yolu
Yarımfinal

1. Gürcüstan – Belarus
2. Şimali Makedoniya - Kosovo
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi

C yolu
Yarımfinal

1. Şotlandiya – İsrail 
2. Norveç – Serbiya
Final
2-ci cütün qalibi – 1-ci cütün qalibi

B yolu
Yarımfinal

1. Bosniya və Herseqovina – Şimali İrlandiya
2. Slovakiya – İrlandiya
Final
1-ci cütün qalibi – 2-ci cütün qalibi

A yolu
Yarımmfinal 

1. İslandiya – Rumıniya
2. Bolqarıstan – Macarıstan
Final
2-ci cütün qalibi – 1-ci cütün qalibi.

Vumart və Güvən reklamı Vumart Güvən