"Qarabağ"dan ilk məğlubiyyət

 21:56 22.11.2019     376

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.

Redaktor.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Lider "Qarabağ"  "Sumqayıt"ın qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, Ağdam klubunun ölkə çempionatındakı 2019/2020 mövsümündə ilk məğlubiyyəti olub.

22 noyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ” - 2:1
Qollar:
 Xayme Romero, 36 (0:1), Peyman Babayi, 65 (1:1), 68 (2:1)
Qırmızı vərəqə: İsmayıl İbrahimli, 69 ("Qarabağ")
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”

Vumart və Güvən reklamı Vumart Güvən