"Real"ın sabiq baş məşqçisində xərçəng xəstəliyi AŞKARLANDI
"Real"ın sabiq baş məşqçisi Vanderley Luşemburqoda ağır xəstəlik aşkarlanıb.
Redaktor.az-ın məlumatına görə, ölkəsində "Vasko da Qama" klubunda çalışan braziliyalı mütəxəssisə dəri xərçəngi diaqnozu qoyulub.
Bu, bədxassəli şiş olduğundan onun 3 həftə ərzində cərrahiyyə əməliyyat edilməsi tövsiyə edilib. Lakin 67 yaşlı Luşemburqo bununla bağlı yekun qərar verməyib. Onun gözləmə mövqeyi tutması Braziliya çempionatının davam etməsi ilə əlaqələndirilir.
Qeyd edək ki, 2004/2005 mövsümündə Madrid klubunda çalışmış Luşemburqo futbolçulara pivə və şərabı qadağan etməsi ilə diqqət mərkəzinə düşmüşdü.//Apa.az












