“Qarabağ” və “Keşlə”nin futbolçuları CƏZALANDIRILDI

 14:12 26.11.2019     368

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Redaktor.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XII turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

“Sumqayıt” – “Qarabağ” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub. Oyunun 72-ci dəqiqəsində “Qarabağ” futbolçusu İsmayıl İbrahimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimələnib.

“Səbail” – “Sabah” görüşünün 86-cı dəqiqəsində meydan sahiblərinin üzvü Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubunu 200 manat ziyana salıb. Qarşılaşma başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi daha 1600 manat ödəyəcək.

“Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində qonaqların futbolçusu Sezar Meza Kolli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq diskvalifikasiya edilib, klubu 2400 manat cərimələnib.

Vumart və Güvən reklamı Vumart Güvən