"Geri qayıtmağını istəyirəm" - Messinin Neymara göndərdiyi sms üzə çıxdı

 04:11 27.11.2019     347

"Barselona" futbol klubunun ulduzu Lionel Messinin keçmiş həmklubu braziliyalı Neymara yazdığı sms üzə çıxıb.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə France Football nəşri məlumat yayıb.

Mənbə bildirir ki, ötən mövsüm Çempionlar Liqasında "Liverpul" ilə oyundan sonra Messi Neymardan geri qayıtmağı xahiş edib.

" Biz səninlə Avrokuboku qazana bilərik. Geri dönməni istəyirəm.İki ildən sonra mən gedəcəm və sən mənim yerimi tutacaqsan",- deyə Messi yazıb.

Rüfət Xəlil / Redaktor.az