Yığmamız Latviyaya UDUZDU

 12:15 27.11.2019     291

16 yaşadək qızlar ibarət Azərbaycan milli komandası Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatında çıxışını başa vurub. 

Redaktor.az-ın məlumatına görə, Emin Əbilovun rəhbərlik etdiyi komanda Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan yarışda son görüşünü Latviyaya qarşı keçirib.

A qrupunda yer alan voleybolçularımız Ukrayna, Gürcüstan və Rusiyanın ardınca bu rəqibə də uduzub. Latviyalılar komandamıza set vermədən qalib gəliblər – 3:0 (25:12, 25:18, 25:15). 

Beləliklə, 4 matçda cəmi bir hissədə qalib gələn və xalsız qalan millimiz AVRO-2020-yə seçmə statusu da daşıyan çempionatda qrup mərhələsini sonuncu yerdə başa vurub.