Sanksiyalar AVRO-2020-nin final mərhələsinə şamil olunmaya bilər

 18:30 27.11.2019     400

Ümumdünya Antidopinq Agentliyinin (WADA) mümkün cəzası Rusiyanın AVRO-2020-nin final mərhələsinin matçlarını və Çempionlar Liqasının 2020/21 mövsümünün həlledici oyununa ev sahibliyi etməsinə əngəl olmayacaq.

Redaktor.az-ın məlumatına görə, bunu agentliyin prezidenti Vitold Banka açıqlayıb.

O bildirib ki, Uyğunluq üzrə Komitəsinin tövsiyəsinə əsasən Rusiyaya 4 illik cəza verilsə, adıçəkilən turnirlərə şamil olunmayacaq: “Komitənin tövsiyələri Rusiyanı əsas idman tədbirlərindən kənarlaşdırmaqla bağlıdır. Belə yarışlara Olimpiya Oyunları, Paralimpiya Oyunları, Avropa Oyunları və dünya çempionatları aiddir. Bir sözlə, çətin ki, sanksiyalar Avropa çempionatının final mərhələsi və Çempionlar Liqasının final matçına təsir etsin”.

Qeyd edək ki, WADA-nın İcraiyyə Komitəsinə Rusiyanın 4 il müddətində bütün idman yarışlarından kənarlaşdırmaq tövsiyə olunub.//Apa.az