Məşhur futbolçu karyerasını başa vurdu

 02:14 28.11.2019     290

Argentina millisinin sabiq üzvü Esekyel Lavezzi futbolçu karyerasını başa vurub.

Redaktor.az xəbər verir ki,  "Hebey Çayna Forçun"un hücumçusu Çin çempionatıda "Quançjou Everqrand"la (1:3) matçdan sonra bu barədə bildirib: "Bu oyunu yadda saxlayacağam, çünki karyeramda sonuncu görüş idi. Artıq ailəm və uşaqlarımla daha çox vaxt keçirmək istəyirəm. İndi bunun üçün münasib zamandır".

Qeyd edək ki, 34 yaşlı futbolçu karyerası ərzində PSJ və "Napoli" kimi klublarda da oynayıb. O, Paris təmsilçisi ilə 4 dəfə ölkə çempionu olub. Lavezzi Argentina millisində 51 matçda 9 qol vurub./qol.az/