Yığmamızın oyunçusu İsrail klubu ilə müqavilə bağlayıb
Azərbaycan milli komandasının voleybolçusu Dmitri Obodnikovun yeni klubu müəyyənləşib.
Redaktor.az-ın məlumatına görə, 32 yaşlı blokçu karyerasını İsraildə davam etdirəcək.
O, Hod Haşaron “Makkabi”si ilə müqavilə imzalayıb. 205 sm boya malik voleybolçumuz 2020-ci il aprelin 30-dək bu komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, D.Obodnikov yığmanın heyətində IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısıdır.//Apa.az












