"Barselona"da ciddi itki

 18:59 28.11.2019     276

"Barselona"nın futbolçusu Usman Dembele zədələnib.

Redaktor.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, o, Çempionlar Liqasınını qrup mərhələsinin 5-ci turunda "Borussiya" (Dortmund) ilə matçda (3:1) zədə alıb. Tibbi müayinədən keçən 22 yaşlı oyunçunun əzələsində dartılma aşkarlanıb. Fransa millisinin üzvünün təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə deməkdir ki, Dembele ilin qalan hissəsini buraxacaq. /qol.az/