"Təəssüf ki, alınmadı" - Qurban Qurbanov

 09:37 29.11.2019     282

"Rəqibi təbrik edirəm". 

Redaktor.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. 

Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Sevilya"ya 0:2 hesablı məğlubiyyəti şərh edib.

O bildirib ki, artıq növbəti mərhələ şanslarını itirdiklərindən qarşıdakı oyunlara hazırlaşacaqlar:

"Çox istərdik ki, ən azı bir xalla qayıdaq. Təəssüf ki, alınmadı. Oyunu, qrupu çox analiz edə bilərik. Futbolçular çox əziyyət çəkdi. Hamısından razı qaldım. Qarşıdakı oyunlara hazırlaşacağıq".//Apa.az