“Arsenal”ın baş məşqçisi İSTEFAYA GÖNDƏRİLDİ

 14:33 29.11.2019     316

İngiltərənin “Arsenal” futbol komandasının baş məşqçisi Unai Emeri istefaya göndərilib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

İstefa qərarı komandanın son vaxtlar uğursuz çıxış etməsi ilə əlaqələndirilib.

Komandanın məşqçisi postu Freddi Lyunberqə həvalə olunub.//Apa.az