Avropa Liqasında turun KOMANDASI

 15:00 29.11.2019     299

Avropa Liqasında qrup mərhələsinin V turunun rəmzi komandası açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın “Sevilya” ilə oyunundan (0:2) heç kim “11-liy”ə daxil edilməyib.

Bu komandalarla birlikdə A qrupunda yer alan APOEL-i isə rəmzi komandada Giorgos Merkislə təmsil olunub. Yalnız iki komanda Türkiyə “Beşiktaş”ı və Kiyev “Dinamo”sundan iki futbolçu bura düşüb. 

Qapıçı: 

Yann Sommer (Borussiya M)
Müdafiəçilər: 

Caner Erkin (Beşiktaş), Giorgos Merkis (APOEL), Entso Roko (Beşiktaş), Nuno Sequeyra (Braqa)
Yarımmüdafiəçilər:

 Viktor Siqankov (Dinamo K), Bruno Fernandes (Sportinq), Lorenzo Pelleqrini (Roma), Bencamin Verbiç (Dinamo K)
Hücumçular: 

Alfredo Morelos (Reyncers), Vinsent Abubakar (Porto).//Apa.az