"Liverpul"da ciddi itki

 01:20 30.11.2019     330

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Napoli" ilə matçda (1:1) zədələnən "Liverpul"un futbolçusu Fabinyonun son durumu müəyyənləşib.

Redaktor.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən braziliyalı yarımmüdafiəçinin ilin sonuna kimi oynamayacağı bildirilib.

Qeyd edək ki, Fabinyo "Napoli" ilə görüşün 18-ci dəqiqəsində zədələnərək Veynaldumla məcburi əvəzlənmişdi.

Rüfət Xəlil / Redaktor.az