"Neftçi" "Səbail"ə qalib gələ bilmədi - VİDEO

 19:12 01.12.2019     370

Bu gün Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, "ASCO Arena"da "Səbail" və "Neftçi" klubları üz-üzə gəlib.

Hər iki komanda üçün ilk oyun günündən sonra itirilmiş mövqelərini geri qaytarmaq imkanı var idi. Oyun 0:0 hesabı ilə bitdiyi üçün komandalar turnir cədvəlində irəliləyə bilməyib. Hazırda "Neftçi" 22 xalla 3-cü, "Səbail" isə 12 xalla sonuncudu. 

Bu, iki kollektivin 10-cu "duel"i olub. Bu qarşılaşmalardan 2-də "Səbail", 6-da "Neftçi" üstün olub, daha 2 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də ağ-qaralar" öndədi - 20:7. "Neftçi” son 8 matçda meydanı qol vurmadan tərk etməmişdi. "Səbail” isə artıq 4 oyundu evdə qalib gəlmir.

Qeyd edək ki, turun ilk iki oyununda "Qəbələ" "Zirə"yə 3:0, "Keşlə" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib. Son oyun dekabrın 2-də "Bank Respublika Arena"da "Sabah" və "Qarabağ" arasında olacaq.

Premyer Liqa

2019/20 mövsümü

II dövrə, XIII tur

1 dekabr

Səbail - Neftçi 0:0

Səbail: 1. Aleksandr Rıbka, 4. Eltun Yaqublu (k), 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 34. Ürfan Abbasov, 9. Mirsahib Abbasov, 21. Eriko da Silva, 3. Turan Manafov.

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 16. İqor Korotetski, 79. Əli Sadıxov.

Baş məşqçi: Aftandil Hacıyev.

Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 19. Rauf Əliyev, 25. Kiril Petrov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 77. Donald Qery, 26. Ömər Buludov.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 28. Stiven Monroz, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə.

Baş məşqçi: Roberto Bordin.

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.

Hakim-inspektor: Fariz Yusifov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

"ASCO Arena”.

 

qaynarinfo