“Zirə”nin cəriməsi LƏĞV EDİLDİ

 10:30 02.12.2019     293

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları keçirilib.

Redaktor.az-ın məlumatına görə, yığıncaqda “Zirə” və “Keşlə”nin müraciətinə baxılıb.

“Zirə” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. Premyer Liqanın X turunun “Sumqayıt”la ev matçında zirəlilər oyunun AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə verilən 800 manatlıq cərimə qüvvədə saxlanılıb.
 
Oyunun ikinci hissəsinin 2 dəqiqə gec başladığına görə “Zirə”yə verilən 2400 manatlıq cərimə qərarı isə ləğv edilib.

“Keşlə”nin şikayəti də qismən təmin edilib. XII turun “Zirə”ylə matçının 60-cı dəqiqəsində aqressiv davranışa görə cəzalandırılan Sezar Meza Kollinin diskvalifikasiyası 1 oyuna endirilib. “Keşlə”nin paraqvaylı legioneri digər 2 matçda cəzadan şərti olaraq azad edilib.
 
Transfer pəncərəsi dövrü istisna olmaqla mövsümün növbəti üç ayı ərzində futbolçu qırmızı vərəqə ilə nəticələnəcək eyni əməllərə təkrar yol verəcəyi halda cəzadan şərti olaraq azad etmə ləğv ediləcək, indiki cəzanın çəkilməmiş iki oyunluq kənarlaşdırılma hissəsi yeni qərar üzrə təyin olunmuş cəzanın üzərinə əlavə olunacaq.