Baş məşqçilərin dünya reytinqi AÇIQLANDI

 18:06 02.12.2019     368

Baş məşqçilərin dünya reytinqi açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, cədvəldə planetin ən güclü 1000 mütəxəssisi yer alıb.

Ən yaxşılar arasında Azərbaycan komandalarına rəhbərlik edən iki çalışdırıcı yer alıb. Ən yaxşı təmsilçimiz “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. 

1017 xala malik mütəxəssis dünyada 591-cidir. Siyahıdakı yeganə azərbaycanlı baş məşqçi ötən həftə ilə müqayisədə 5 pillə geriləyib.

“Neftçi”nin italiyalı məşqçisi Roberto Bordin isə üç rəqibini özündən irəli buraxıb. O, 818 xalla 672-ci yerdədir.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onun hesabında 15 934 xal var.//Apa.az