Azərbaycan millisi İngiltərə ilə eyni QRUPDA

 14:23 03.12.2019     349

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb. 

Redaktor.az-ın məlumatına görə, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda mübarizə aparacaq. 

Yığmamızın rəqibləri İngiltərə, Yunanıstan və San-Marino komandaları olacaq. Bu qrupun oyunları 2020-ci il noyabrın 11-də, 14-də və 17-də Yunanıstanda keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən