“Qalatasaray”dan biabırçı məğlubiyyət

 07:18 05.12.2019     313

Türkiyə kubokunda 1/16 final mərhələsi davam edir.

Redaktor.az  xəbər verir ki, bu gün ilk oyunlar çərçivəsində daha 6 matç keçirilib.

Super Liqa klublarından “Başakşəhər”, “Antalyaspor” və “Trabzonspor” səfər qələbəsinə sevinib. “Kasımpaşa” isə evdə qalib gəlib.

Günün sensasiyası İstanbulda qeydə alınıb. “Qalatasaray” gözlənilmədən “Tuzlaspor”a uduzub. Qonaqlar iki cavabsız qolla cavab matçı öncəsi üstünlük qazanıblar.

Qeyd edək ki, mərhələnin ilk oyunları sabah başa çatacaq. Cavab oyunları isə dekabrın 17-19-da keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən