“Everton”un baş məşqçisi komanda ilə VİDALAŞDI
İngiltərənin “Everton” klubunun baş məşqçisi Marku Silva istefaya göndəriləcək.
Redaktor.az-ın məlumatına görə, Premyer Liqanın XV turunun “Liverpul”la qarşılaşmasından sonra mütəxəssis futbolçularla vidalaşıb.
Lakin oyundan sonra vəzifəsindən ayrılacağı ilə bağlı suala konkret cavab verməyib: “Bu sual mənə deyil, başqa adamlara verilməlidir. Bizim səhvlərimiz üzündən böyük təzyiq altındayıq”.
“Liverpul”a 2:5 hesablı məğlubiyyətdən sonra “Everton” təhlükəli zonaya yuvarlanıb. Hesabında 14 xal olan komanda yalnız “Norviç”lə “Uotford”u qabaqlayır.
Qeyd edək ki, M.Silva 2018-ci ilin yayından “Everton”u çalışdırır. Ötən mövsüm onun yetirmələri Premyer Liqada 8-ci yeri tutub.//Apa.az












