Millət vəkili azyaşlı futbolçuları təltif etdi - FOTO

 23:32 07.12.2019     317

Bakının Qaradağ rayonu Ələt qəsəbəsində “Ələt” futbol klubunun azyaşlılardan ibarət futbolçularının Bakı birinciliyində qalib olması münasibətilə təltifedilmə mərasimi keçirilib.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, tədbir şəhid Seyfulla Məmmədov adına 110 saylı orta məktəbin akt zalında baş tutub.

Tədbirdə “Ələt” futbol klubunun Rəhbəri Ayaz Məmmədzadə, Qaradağ rayon icra hakiminin Ələt qəsəbə nümayəndəsi Eldar İbrahimov, Ələt qəsəbəsinin bələdiyyə sədri Azad Musayev, millət vəkili Aydın Hüseynov və digər şəxslər iştirak edib.

Qeyd edək ki, “Ələt” futbol klubu bir neçə il əvvəl rəsmi dövlət qeydiyyatından keçib. Klub Bakı kənd və qəsəbələr arasında keçirilən futbol turnirində uğurla çıxış edir. Amma klubun hələ də futbol meydançası yoxdur.