Hamı Avropaya axışır - Biletlər satıldı

 20:37 08.12.2019     387

Turizm agentliyi rusiyalıların Yeni İli hansı Avropa ölkələrində keçirəcəkləri barədə sorğu keçirib.

Redaktor.az publika.az-a istinadən xəbər verir ki, "OneTwoTrip" agentliyinin keçirdiyi sorğuda 1,5 min turist iştirak edib.

Məlum olub ki, onlardan 31,4%-i dekabrın sonunda Avropa ölkələrindəki Yeni İl yarmarkalarına baş çəkməyə hazırlaşır.

Biletlərin əksəriyyəti 20-23 dekabrda gediş, 26-30 dekabrda isə Rusiyaya qayıdışla bağlı alınıb. Turistlərin gedəcəyi əsas şəhərlər Praqa, Münhen və Vyanadır.

Ən çox gediləcək şəhərlərin ilk beşliyində Berlin və Milan da var.

Vumart və Güvən reklamı Vumart Güvən