“Qarabağ” – “Düdelanj” oyununun hakimləri AÇIQLANDI

 14:07 10.12.2019     314

Avropa Liqasının qrup mərhələsinin son təyinatları açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, dekabrın 12-də baş tutacaq VI turun matçlarının hakimləri müəyyənləşib.

Azərbaycan çempionu “Qarabağ”ın cari mövsümdəki son avrokubok matçının ədalət təmsilçiləri də bəlli olub. Tofiq Bəhramov adına Respublika stadionundakı matçı Estoniyadan olan Kristo Tohverin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Oyunun yan xətt hakimləri Silver Koiv, Sten Klaasen, dördüncü hakimi Juri Frişer olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Düdelanj” qarşılaşması saat 21:55-də başlayacaq.