AVRO-2020-yə həsr olunan seminar başlayıb

 18:07 10.12.2019     361

UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında AVRO-2020-yə ev sahibliyi edəcək 12 şəhərin nümayəndələri üçün seminar başlayıb.

Redaktor.az-ın məlumatına görə, tədbirdə Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupunun üzvləri də iştirak edir.

Avropa çempionatının noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş püşkatma mərasimindən sonra hansı komandaların hansı şəhərlərdə çıxış edəcəyi müəyyənləşdiyi üçün seminarın məqsədi müxtəlif sahələr üzrə planların müzakirəsi və konkretləşdirilməsidir. 

Bundan əlavə, dekabrın 11-12-də UEFA-nın mənzil-qərargahında AVRO-2020-nin oyunlarının keçiriləcəyi 12 stadionun nümayəndələri üçün də seminar təşkil olunacaq. Tədbirdə Bakı Olimpiya Stadionunun rəhbərliyi və Əməliyyat Qrupunun nümayəndələri iştirak edəcək.