“Napoli”nin yeni baş məşqçisi MÜƏYYƏNLƏŞDİ

 13:00 11.12.2019     292

İtaliyanın “Napoli” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, İtaliya mətbuatı bu posta Cennaro Qattuzonun gətiriləcəyini iddia edir.

“Milan”ın sabiq baş məşqçisi Karlo Ançelottini istefaya göndərən Neapol təmsilçisi ilə yarım illik müqavilə imzalayacaq. Komanda Çempionlar Liqasına vəsiqə qazansa, bu anlaşma bir mövsümlük uzadılacaq. C.Qattuzo mövsümün sonuna qədər 1,5 milyon avro qazanacaq. O, daha bir il postunda qalsa, 3 milyon əldə edəcək.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis “Fiorentina”, “Cenoa” və “Sampdoriya”nin təkliflərini geri çevirib.//Apa.az