AFFA “Qəbələ”nin qapıçısını 4 oyunluq diskvalifikasiya edib

 14:37 11.12.2019     311

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Redaktor.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/8 final mərhələsinin və Premyer Liqanın XIV turunun oyunlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb.

Kubokun “Keşlə” – “Kəpəz” matçının 45+1-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Franko Flores ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə” – “Qaradağ Lökbatan” görüşündə qonaqların 4 futbolçusu sarı vərəqə ilə aldığından 80 manat cərimələnib. I divizion təmsilçisi matçın protokolunu vaxtında tərtib etmədiyinə görə daha 80 manat ziyana düşüb.

Həmçinin əsasnamənin 9-cu bəndinin şərtlərini pozan “Zirə” 800 manat ödəməli olacaq.

“Sumqayıt” – “Zaqatala” oyununda da qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Premyer Liqanın “Sumqayıt” – “Qəbələ” matçının 65-ci dəqiqəsində əyalət klubunun futbolçusu Anar Nəzirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə aldığından 4 oyunluq diskvalifikasiya olunub. Bu səbəbdən də klubunu 3200 manat xərcə salıb. Qapıçıya verilən 4 oyun cəzanın 2-si şərti cəza kimi tətbiq ediləcək və ona 3 ay sınaq müddəti verilib. Həmin vaxtda futbolçu yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək. Matçın 86-cı dəqiqəsində “Qəbələ”nin digər oyunçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 matçlıq cəzalanıb, klub 200 manat cərimələnib.