Azərbaycanlı məşqçi hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb

 14:48 11.12.2019     304

AFFA “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyevi cəzalandırıb.

Redaktor.az-ın məlumatına görə, I divizion təmsilçisinin çalışdırıcısı barədə qərarı İntizam Komitəsi çıxarıb.

Qurum E.Dərgagquliyevin XIII  turun “Keşlə-2” ilə matçındakı hərəkətlərinə hüquqi qiymət verib. Hakimə qarşı təhqiredici ifadələr işlədən baş məşqçi 5 oyunluq diskvalifikasiya olunub. Bu səbəbdən klub 400 manat cərimə olunub.