Çempionlar Liqasında turun futbolçusu adına NAMİZƏDLƏR
Çempionlar Liqasında qrup mərhələsinin altıncı turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, baş tutan 16 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.
Bunlar Qabriel Xesus (“Mançester Siti”), Milik Arek (“Napoli”), Neymar (PSJ) və Feliş Joaodur (“Atletiko”).
Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı dekabrın 13-də açıqlanacaq.