“Bavariya” Çempionlar Liqasının tarixinə düşüb

 11:37 12.12.2019     240

Çempionlar Liqasının qrup mərhələsini 6 qələbə ilə başa vuran “Bavariya” bunu bacaran ilk Almaniya klubu olub.

Redaktor.az-ın məlumatına görə, “Tottenhem”, “Olimpiakos” və “Srvena Zvezda” ilə birlikdə B qrupunda çıxış edən Münhen təmsilçisi yarışın tarixinə növbəti mərhələyə itkisiz çıxan 6-cı komanda kimi düşüb.

Bunadək 5 komanda 6 dəfə belə nailiyyətə imza atıb. Yalnız “Real” iki dəfə - 2011/12 və 2014/15 mövsümlərində qrupda xal itirməyib.

Madrid klubundan başqa, “Milan” (1992/93), PSJ (1994/95), “Spartak” (1995/96), “Barselona” (2002/03) 6 oyunun hamısında qələbə qazanıb.//Apa.az