1/8 finalın səbətləri dəqiqləşib - Çempionlar Liqası

 11:53 12.12.2019     269

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması dekabrın 16-da atılacaq.

Redaktor.az-ın məlumatına görə, qrup mərhələsini adlayan 16 komanda püşkdən öncə 2 səbətə bölünüb.

Qrup qalibləri səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər sırasında yer alıblar. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə səkkiz cüt dəqiqləşəcək. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar qarşılaşa bilməyəcək.

Səpələnmişlər
“Barselona” (İspaniya)
“Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya)
“Leypsiq” (Almaniya)
“Liverpul” (İngiltərə)
“Mançester Siti” (İngiltərə)
PSJ (Fransa)
“Valensiya” (İspaniya)

Səpələnməmişlər
“Atalanta” (İtaliya)
“Atletiko” (İspaniya)
“Borussiya” D (Almaniya)
“Çelsi” (İngiltərə)
“Lion” (Fransa)
“Napoli” (İtaliya)
“Real” (İspaniya)
“Tottenhem” (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları fevralın 18-19, 25-26-da, cavab matçları martın 10-11, 17-18-də keçiriləcək.