“Qarabağ” Avroliqada son oyununa çıxır

 14:44 12.12.2019     309

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Redaktor.az-ın məlumatına görə, Ağdam klubu cari mövsümdə son matçına çıxacaq.

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri Lüksemburq “Düdelanj”ı ilə görüşəcək. Sonuncu – VI turun qarşılaşması hər iki komanda üçün formal xarakter daşıyacaq.

Qeyd edək ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Düdelanj” oyunu saat 21:55-də başlayacaq.

Avropa Liqası, Qrup mərhələsi, VI tur
12 dekabr, A qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq)
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

Sevilya

5

5

0

0

14-2

15

2

APOEL

5

2

1

2

9-8

7

3

Qarabağ

5

1

1

3

7-10

4

4

Düdelanj

5

1

0

4

7-17

3