Azərbaycan millisi FİFA reytinqində mövqeyini QORUDU

 13:34 13.12.2019     254

Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, hesabında 1326 xal olan Azərbaycan yığması 75-ci pillədə qərarlaşıb.

3 ay əvvəlki cədvəllə müqayisədə millimizin mövqeyi dəyişməz qalıb.

Cədvələ ABŞ başçılıq edir – 2174 xal. Almaniya 2078 xalla 2-ci, Hollandiya 2035 xalla 3-cüdür.

Qeyd edək ki, siyahıda dünyanın 155 komandası yer alıb.//Apa.az