Avropa Liqasında turun KOMANDASI
Avropa Liqasında qrup mərhələsinin VI turunun rəmzi komandası açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, “11-liy”ə ən yüksək “Fedeks” indeksinə malik futbolçular daxil edilib.
Lüksemburq təmsilçisi “Düdelanj”la 1:1 hesablı heç-heçə edən “Qarabağ” rəmzi komandada təmsil olunmayıb.
“11-lik”də 9 komandanın üzvləri yer alıb. Komandaya “Mançester Yunayted”in 3, digərləri isə hərəyə 1 oyunçusu düşüb.
Qapıçı:
Vid Belek (APOEL);
Müdafiəçilər:
Eşli Yanq (Mançester Yunayted), Yoris Qaqnon (Renn), Gernot Trauner (LASK), Qael Klişi (Başakşəhər);
Yarımmüdafiəçilər:
Bakayo Saka (Arsenal), Roman Bezus (Gent), Xuan Mata (Mançester Yunayted), Takuma Asano (Partizan);
Hücumçular:
Diogo Jota (Vulverhempton), Meyson Qrinvud (Mançester Yunayted).












