“Liverpul” Yurgen Kloppla müqavilənin müddətini UZATDI

 15:56 13.12.2019     284

İngiltərənin “Liverpul” klubu baş məşqçisi Yurgen Kloppla müqaviləni uzadıb.

Redaktor.az-ın məlumatına görə, almaniyalı mütəxəssislə anlaşma 2024-cü ilin yayına qədərdir.

2020/21 mövsümünün sonunda başa çatacaq əvvəlki müqavilə daha 3 il uzadılıb.

Qeyd edək ki, əvvəllər “Mayns” və Dortmund “Borussiya”sını çalışdırmış Y.Klopp 2015-ci ildən “Liverpul”un baş məşqçisidir.//Apa.az