Karateçilərimiz İtaliyada 4-cü medalını qazandı

 18:47 15.12.2019     304

İtaliyanın Venesiya şəhərində gənclərin “Karate 1” Premyer Liqa turnirində Azərbaycan komandası 4-cü medalını qazanıb.

Redaktor.az publika.az-a istinadən məlumatına görə, karateçimiz Arina Bezrebra (14-15 yaşlı yeniyetmələr, +54 kq) turnirin bürünc medalına sahib olub.

Bundan əvvəl 16-17 yaşlı idmançılardan Polina Qurenko (53 kq) və Ramil Baxşəliyev (55 kq) turnirin gümüş, Əminağa Quliyev (61 kq) isə bürünc medalını qazanmışdır. Yarışda baş məşqçilər Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi ilə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət yığmamız mübarizə aparır.

Dünyanın 65 ölkəsindən 3180 karateçinin qatıldığı turnir bu gün başa çatacaq.