“Növbəti iki ildə hər şeyi əldə etməyə çalışacam” - Şəhriyar Məmmədyarov

 09:53 16.12.2019     356

“Əziz şahmatsevər dostlar. Çox heyf ki, İddiaçılar Turnirinə çıxa bilmədim. Amma hər şey yaxşıdır”. 

Redaktor.az-ın məlumatına görə, bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov şəxsi "Facebook" səhifəsində yazıb. 

34 yaşlı qrossmeyster 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə qazanmamasına münasibət bildirib. O qeyd edib ki, bunu qarşıdakı illərdə yenidən reallaşdıracağına inanır:

“Növbəti iki il üçün var qüvvə ilə çalışıb, hər şeyi əldə etməyə çalışacam. Mənə dəstək olduğunuz üçün çox sağ olun”

Qeyd edək ki, Məmmədyarov İsrailin Yerusəlim keçirilən Qran-prinin həlledici - IV mərhələsinin 1/8 finalında rusiyalı Dmitri Yakovenkoya məğlub olub. 

Vumart və Güvən reklamı Vumart Güvən