Ervin Kuman Oman millisindən İSTEFAYA GÖNDƏRİLDİ
Niderland millisinin sabiq futbolçusu Ervin Kuman baş məşqçisi olduğu Oman yığmasından istefaya göndərilib.
Redaktor.az-ın məlumatına görə, mütəxəssis Asiya təmsilçisini bir ildən az çalışdırıb.
Baş məşqçi istefasına noyabr və dekabrda baş tutan İran körfəzinin Millətlər kubokundakı uğursuzluq səbəb olub. Hərçənd DÇ-2022-nin seçmə mərhələsində 2-ci olan omanlılar növbəti mərhələ şansını qoruyurlar.
Qeyd edək ki, E.Kuman Niderland yığmasının baş məşqçisi Ronald Kumanın böyük qardaşıdır. Bunadək böyük qardaş “Everton” və “Sauthempton”da onun köməkçisi olub. 2018-ci ildə “Fənərbaxça”da çalışan E.Kuman 2019-cu ilin martından Oman yığmasına rəhbərlik edirdi.//Apa.az












