Altıqat Tunis çempionu Azərbaycan millisinin hücumçusu ilə müqavilə imzalayıb

 14:07 16.12.2019     445

Azərbaycan milli komandasının voleybolçusu Anastasiya Qurbanova özünə yeni komanda tapıb. 

Redaktor.az-ın məlumatına görə, 30 yaşlı hücumçu karyerasını Tunisdə davam etdirəcək

O, “Kartaj” komandası ilə danışıqları müsbət yekunlaşdırıb. İndiyədək Rusiyada və Fransada da legioner həyatı yaşayan Qurbanova klublararası Afrika çempionatının qalibi ilə 1 mövsümlük müqavilə imzalayıb. 

Qeyd edək ki, “Kartaj” ölkəsinin liderlərindən hesab olunur. 2017-ci ildə klublararası Afrika çempionatının qalibi adına yiyələnən komanda analoji yarışda 3 dəfə final (2015, 2016, 2019) oynayıb, 1 dəfə bürünc medal qazanıb. “Kartaj” həmçinin ölkə çempionatının 6 qat, kubokunun 3 qat qızıl mükafatçısıdır. Komandanın aktivində Tunisin Superkuboku da var. //Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən