FİFA Blatter və Platinidən 2 milyon İsveçrə frankı tələb edir

 17:45 16.12.2019     414

FİFA sabiq prezidenti Zepp Blatter və UEFA-nın keçmiş rəhbəri Mişel Platiniyə qarşı iddia qaldırıb.

Redaktor.az-ın məlumatına görə, assosiasiya onların 2 milyon İsveçrə frankını qaytarmasını tələb edir.

Z.Blatter bu məbləğdə vəsaiti 2011-ci ildə FİFA-nın hesabından qanunsuz şəkildə M.Platininin hesabına köçürüb.

2015-ci ilin sonunda hər iki rəsmi şəxs Etika Komitəsi tərəfindən futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Buna məhz 2011-ci ildə M.Platininin hesabına 2 milyon İsveçrə frankının köçürülməsi səbəb olub.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən