Bundesliqada 42 ilin rekordu QEYDƏ ALINDI

 10:00 18.12.2019     337

Almaniyanın “Leypsiq” klubunun futbolçusu Timo Verner Bundesliqada son 42 ilin məhsuldarlıq rekorduna imza atıb.

Redaktor.az-ın məlumatına görə, XVI turun Dortmund “Borussiya”sı ilə oyununda (3:3) dubla imza atan forvard qol sayını 18-ə çatdırıb.

İlk 16 turdan sonra bir futbolçunun bu qədər qol vurmasına son 42 ildə ilk dəfə təsadüf olunub. Sonuncu dəfə belə məhsuldarlıq 1977/78 mövsümündə qeydə alınıb. Həmin vaxt əfsanəvi Herd Müller ilk 16 turdan sonra 19 qolla bombardirlər siyahısına başçılıq edib.

Qeyd edək ki, T.Verner karyerasında keçirdiyi 303 oyunda 156 qol vurub.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən