AFFA “Sabah”la “Qəbələ”ni CƏRİMƏLƏDİ

 13:15 18.12.2019     363

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Redaktor.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub.

“Qəbələ” – “Sabah” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Qarşılaşmanın 90+3-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov 1 oyun cəzalanıb və klubunu 200 manat ziyana salıb.

Vumart və Güvən reklamı Vumart Güvən