“Monako” 18 yaşlı müdafiəçi ilə müqavilə BAĞLADI

 16:45 18.12.2019     304

“Monako” Serbiyanın “Partizan” klubunun futbolçusu Straxinya Pavloviç ilə müqavilə imzalayıb.

Redaktor.az-ın məlumatına görə, 18 yaşlı müdafiəçi yalnız 2020-ci ilin yayında “Knyazlıq klubu”na qoşulacaq.

Serb futbolçu cari mövsümü icarə əsasında Belqrad təmsilçisində başa vuracaq. O, icarə əsasında doğma komandasında oynayacaq.

Müqaviləsinin müddəti açıqlanmayan S.Pavloviç bu ilin fevralından “Partizan”ın əsas heyətində çıxış edir. O, cari mövsümdə keçirdiyi 30 oyunda 1 qol vurub.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən