"Kəpəz"in sabiq futbolçusu faciəli şəkildə ölüb
"Kəpəz" klubunun keçmiş futbolçusu Şadon Vinçester faciəvi şəkildə həlak olub.
Redaktor.az xəbər verir ki, o, avtomobil qəzasında həyatını itirib. 27 yaşlı tirindad və tobaqolu hücumçu vətənində Qasparilyo şəhəri yaxınlığında yol qəzasına düşüb.
İşıq dirəyinə çırpılan Vinçesterin avtomobili yanmağa başlayıb. Onunla yanaşı, avtomobildə olan daha 3 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, 2017/2018-ci illər mövsümündə icarə əsasında "Kəpəz"in heyətində 8 oyunda meydana çıxmış Vinçester son olaraq Finlandiyanın SJK klubunda oynayıb. /offsideplus/












